...

Qərb regionunda cəmi 14 min hektar dənli bitki əkilib

Siyasət Materials 11 Noyabr 2006 13:19 (UTC +04:00)

Noyabrın 10-na olan statistik məlumata görə, Qərb bölgəsində 14 min hektar dənli bitki əkilib. Bu, ötən ötən illə müqaisədə 75 faiz, yəni 45-55 min hektar azdır. Bu haqda məlumatı Trendə Gəncə Aqrar Elm Mərkəzinin direktoru Ziyad Abbasov verib.

Onun sözlərinə görə, ötən mövsüm Qərb regionunuda təxminən 60-70 min hektar sahəyə taxıl və buğda əkilmiş, hər hektardan orta hesabla 30-40 sentner məhsul götürülmüşdü.

Samux rayon Ərazi Kənd Təsərrüfatı İdarəsindən Trendə bildirdilər ki, bu il taxıl əkini ən çox Xanlar rayonunun ərazisindəki təsərrüfatlarda aparılıb. Burada cəmi 5782 hektar dənli bitki əkilib və onun 4238 hektarı buğda, 1459 hektarı arpa, qalanı isə xəsildir. Yevlax rayonu üzrə 3618 hektar ərazinin 2153 hektarına buğda, 1465 hektarına isə arpa səpilib. Bu payız mövsümündə Samux və Goranboy rayonlarında nisbətən az dənli bitki əkilib. Belə ki, Samuxda 1650 hektar buğda, 822 hektar arpa becərilir. Goranboy rayonunda isə 1441 hektara buğda və taxıl, 654 hektara isə xəsil səpilib.

Hazırda səpin davam etməkdədir.

Xəbər lenti

Xəbər lenti