...

Naxçıvan şəhərində Kənd Təsərrüfatı Məhsullarının satış yarmarkası keçirilib

Siyasət Materials 14 Noyabr 2006 11:48 (UTC +04:00)

Naxçıvan şəhərinin Xətai məhəlləsində təşkil olunmuş yarmarkada Muxtar Respublikanın ayrı-ayrı bölgələrindən müxtəlif kənd təsərrüfatı məhsulları satışa çıxarılıb.

Satış bazarında həmçinin yerli müəssisələr- Babək "Sirab" ASC, "Od-ər" kiçik müəssisəsi, "Yaycılı Yaquboğlu" MMC , yenicə istehsala başlayan "Gəmiqaya meyvə Məhsulları Kompleksi" , bal istehsalı ilə məşğul olan "Qızıl Pətək" firması öz məhsullarını təqdim ediblər.

Naxçıvan şəhər İcra hakimiyyətinin təşkil etdiyi yarmarkada nəzarət funksiyasını Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi həyata keçirib. Qeyd edək ki, Naxçıvan şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası artıq dörd aydır ki, həftə sonları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti