...

Azərbaycanın XİN başçısı: Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hələ də fikir ayrılıqları qalmaqdadır

Siyasət Materials 15 Noyabr 2006 18:36 (UTC +04:00)
Azərbaycanın XİN başçısı: Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hələ də fikir ayrılıqları qalmaqdadır

Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskvada irəli sürdükləri təklifləri müzakirə etdik və müzakirələri davam etdirmək haqqında qərara gəldik. Trend xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Ermənistanın XİN başçısı Vardan Oskanyanla görüşünü şərh edərkən "Azadlıq" radiosuna məlumat verib.

E.Məmmədyarov bildirib ki, noyabrın 20-dən sonra həmsədrlər Yerevana, sonra isə Bakıya gələcəklər. Onlar bölgəyə səfərdən sonra Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüşün təşkil edilməsini təklif ediblər. Nazir bildirib ki, Bakıya qayıdarkən bu barədə prezidentə məlumat verəcək və bu təklif üzrə qərar qəbul olunacaq. Azərbaycanın XİN başçısının sözlərinə görə, ümid var ki, prezidentlərin görüşü noyabrın 28-də Minskdə MDB ölkə başçılarının sammiti çərçivəsində həyata keçirsin.

Ermənistanın XİN başçısı ilə danışıqlara gəlincə E.Məmmədyarov bildirib ki, bu məsələdə hələ də fikir ayrılıqları var. O həmçinin vurğulayıb ki, son 2 ərzində danışıqlar Praqa prosesi çərçivəsində aparılır və Ermənistan Azərbaycanın mövqeyini başa düşür. "Hələ hansısa xüsusi irəliləmə haqqında danışmaq tezdir. Bu, yalnız prezidentlərin görüşündən sonra mümkün olacaq", - deyə E.Məmmədyarov vurğulayıb.

O bildirib ki, danışıqlar bu il başa çatır. Əgər hər hansı siyasi qərar olarsa, məsələ həll olunacaq. "Bildiyiniz kimi, Azərbaycan ildən-ilə inkişaf edir. Azərbaycanın mövqeyi də güclənir. Biz bu arqumentdən istifadə edərək danışıqları davam etdirməli, mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq və biz bu kursu davam etdiririk. Bu baxımdan mən nikbinəm", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti