...

Bakıda MDB dövlətləri daxili işlər nazirliklərinin kadr üzrə aparıcı rəhbərlərinin iclası öz işinə başlayıb

Siyasət Materials 16 Noyabr 2006 14:08 (UTC +04:00)

Noyabrın 16-da Bakıda MDB-yə üzv dövlətlərin daxili işlər nazirliklərinin kadr məsələləri üzrə aparıcı rəhbərlərinin 4-cü Bakı görüşü öz işinə başlayıb. Bu barədə Trend ə Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda daxili işlər nazirlikləri arasında əməkdaşlıq, terrorizmə qarşı mübarizə və s. məsələrlə bağlı müzakirələr aparılıb.

Tədbirdə Azərbaycanın daxili işlər naziri Ramil Usubov da iştirak edib. O, Azərbaycanda cinayətkralıqla mübarizə, ictimai asayişin qorunması və ölkədaxili sabitlik barədə iclas iştirakçılarına məlumat verib. Ramil Usubov Prezident İlham Əliyevin beynəlxalq cinayətkarlığa, terrorizmə qarşı mübarizə sahəsində dünya dövlətləri ilə əməkdaşlığa böyük üstünlük verdiyini söyləyib. Bu sahədə MDB-yə üzv dövlətlərin təcrübələrindən istifadə metodlarının həyata keçirilməsinin vacib olduğunu qeyd edən nazir vurğulayıb ki, MDB-yə üzv dövlətlərin daxili işlər nazirliklərinin nümayəndələrinin sayca 4-cu iclasının Bakıda keçirilməsindən məmnunluq duyur.

İclasda həmçinin təcrübə mübadiləsi, birgə fəaliyyət nəticəsində kadrların təlimi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclas noyabrın 17-də öz işinə yekun vuracaq.

Xəbər lenti

Xəbər lenti