...

Avstriyanın federal torpağı Karintiya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 16 Noyabr 2006 17:44 (UTC +04:00)

Azərbaycan səfiri Fuad İsmayılovun səfəri zamanı Avstriyanın federal torpağı Karintiya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu haqda Trend -ə Azərbaycan XİN-nin mətbuat mərkəzindən xəbər veriblər.

Səfər ərzində səfir torpağın rəsmi şəxsləri ilə, xüsusilə də federal torpağın paytaxtı Klaqenfurtanın meri Herald Şoyxerlə, İqtisadi Palata sədrinin birinci müavini Prants Raşerlə görüşlər keçirib, Mini Mundus muzeyinə baş çəkib.

Görüşlərdə Azərbaycanın ayrı-ayrı regionları və federal torpaq arasında birbaşa əlaqələrin qurulması məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti