Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının XXIX sessiyasının 5 iyun 2007-ci ildə Sofiyada (Bolqarıstan) keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bu barədə qərar QİƏT PA Baş Assambleyasının Bakıda keçirilmiş 28-ci plenar iclası, o cümlədən QİƏT PA Assambleyası Bürosu və QİƏT PA Daimi Komitəsinin iclası çərçivəsində qəbul olunub.
Bolqarıstanın növbəti 6 ay ərzində QİƏT-də sədrlik etməsi ilə əlaqədar sessiya Sofiyada keçiriləcək.