...

Azərbaycan və Rusiyanın Dövlət sərhəd xidmətləri əməkdaşlıq haqqında protokol imzalayıblar

Siyasət Materials 24 Noyabr 2006 15:42 (UTC +04:00)

Azərbaycan və Rusiyanın Dövlət sərhəd xidmətləri arasında 2007-ci il üçün qarşılıqlı əməkdaşlıq haqqında Plan üzrə protokol noyabrın 24-də Bakıda imzalanıb. Bu barədə Trend xəbər verir.

Sənədi Azərbaycan tərəfdən sərhəd xidməti rəisinin birinci müavini Arzu Rəhimov, Rusiya tərəfdən isə - Rusiya Federasiyası Federal sərhəd xidmətinin Cənub dairəsinin regional sərhəd idarəsinin rəisi Nikolay Lisinski imzalayıb.

Sənəddə nəzarət-buraxılış məntəqələrində vəziyyətin yaxşılaşdırılmasında əməkdaşlıq, narkotiklərin qeyri-qanuni tranziti, qanunsuz miqrasiya ilə mübarizədə qarşılıqlı əlaqə nəzərdə tutulub.

Sənədin imzalanma mərasimində Arzu Rəhimov bildirib ki, Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası məsələsində heç bir ciddi problem yoxdur. Onun sözlərinə görə, iki ölkə arasında iki mübahisəli ərazi var və bununla bağlı məsələ Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası üzrə hökümətlərarası komissiyalar tərəfindən müzakirə edilməlidir. A.Rəhimov qeyd edib ki, bundan sonra müvafiq sənəd imzalanacaq.

Xəbər lenti

Xəbər lenti