...

MDB dövlətlərinin baş nazirləri Minskdəki iclasda əməkdaşlığın genişləndirilməsi istiqamətində sənəd imzalayıb

Siyasət Materials 24 Noyabr 2006 20:39 (UTC +04:00)
MDB dövlətlərinin baş nazirləri Minskdəki iclasda əməkdaşlığın genişləndirilməsi istiqamətində sənəd imzalayıb

MDB dövlətlərinin baş nazirləri Minskdə keçirilən Birliyin hökümət başçıları Şurası iclasının nəticəsi olaraq əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra sənədlər imzalayıb.

RBK-ya istinadən Trend məlumat verir ki, MDB ölkələrinin avtomobil daşıyıcılarının əlavə təhsil və peşə səlahiyyətlərinə olan tələblərin

harmonizasiyası haqqında saziş imzalanıb, 2007-2010-cu illər üçün insan alveri ilə mübarizədə MDB dövlətlərinin əməkdaşlığı proqramı, eyni zamanda MDB dövlətlərinin informatizasiya sferasındakı əməkdaşlıq strategiyası təsdiqlənib. Bundan əlavə, 2007-ci ildə MDB dövlətlərinin hava əleyhinə birgə müdafiə sisteminin yaradılması və inkişafı üçün ayrılmış məbləğin verilməsi haqqında qərar da qəbul olunub.

RF-nın baş naziri Mixail Fradkov iclasın nəticələriylə bağlı qeyd edib ki, MDB dövlətlərində Birlik çərçivəsində işin effektivliyini artırmaq üçün bütün ehtiyatlar var. Bunula bərabər o qeyd edib ki, əməkdaşlığın potensialları hər bir dövlətin və MDB-nin bütövlükdə maraqlarını reallaşdırmalıdır. M.Fradkov xüsusilə qeyd edib ki, Rusiya Birlik daxilində inteqrasiya proseslərində rolu və məsuliyyəti başa düşür. O qeyd edib: "Biz MDB hüdudlarında kiməsə qarşı ikitərəfli şəkildə dostluq etməyə hazırlaşmırıq".

Baş nazir vurğulayıb ki, RF "Bir-birinin maraqlarına uyğun bütün hörmətəlayiq münasibətləri" alqışlayır.

Xatırladaq ki, Azərbaycanı iclasda baş nazir Artur Rəsizadə təmsil edib.

Xəbər lenti

Xəbər lenti