Bu ay Xanlar rayonunda qaz pulları yığımının 60 %-i ötməsi planlaşdırılır. Bu barədə məlumatı Trendin Qərb Bürosuna Xanlar rayon Qaz İstismarı İdarəsinin rəisi Arif Əliyev verib.
Onun sözlərinə görə, ötən ay rayonda yığım 58,8 % olub. "Bu ay isə göstərici ötən ayı üstəməlidir" - deyən idarə rəisi artıq 25 günün nəticələrinin bunu deməyə əsas verdiyini qeyd etdi. Müsahib bildirib ki, rayon ərazisində 3819 abunəsidən 3134 nəfəri sayğacla təmin olunub. "Sayğacların quraşdırılması yığımın faizinin artamsına kömək edəcək. Rayon ərazisində, demək olar ki, qaz itiksi azalıb. Lakin bizi narahat edən məsələ əhalidə yığılan debitor borclardır. Əhalinin əksər hissəsi kasıb olduğundan istifadə etdiyi qazın dəyərini tam ödəyə bilmir. Bunun da nəticəsində xeyli debitor borc yığılıb".
A.Əliyevin verdiyi məlumata görə, hazırda rayona gün ərzində 35-40 min m3 qaz verilir. Bu isə ötən illin eyni dövrü ilə müqayisidə xeyli azdır. Amma pul yığımı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb deyən idarə rəsmisi əlavə etdi ki, ilin sonuna kimi Xanlar raoynunda sayğaclaşdırmanın tam sona çatdırılması nəzərdə tutulur.