...

Nazir: "Yaxın günlərdə gənc ailələrə ipoteka kreditləri verilməsinin yeni şərtləri məlum olacaq"

Siyasət Materials 29 Noyabr 2006 17:56 (UTC +04:00)
Nazir: "Yaxın günlərdə gənc ailələrə ipoteka kreditləri verilməsinin yeni şərtləri məlum olacaq"

Yaxın günlərdə gənc və aztəminatlı ailələrə ipoteka kreditləri verilməsinin yeni şərtləri məlum olacaq. Trend -in məlumatına görə, bu haqda Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazirin qeyd etdiyi kimi, Nazirlik dəfələrlə ipoteka krediti faizinin çox yüksək olduğunu bəyan edib. Aztəminatlı və gənc ailələr mənzili kreditlə ala bilmirlər. Nazirlik hökümətə yeni ipoteka krediti şərtlərini müzakirə üçün təqdim edib. A.Rəhimov qeyd edib: "Bizim tərəfimizdən təqdim olunan şərtlərə artıq komissiya tərəfindən baxılıb və yaxın günlərdə cavab gözləyirik".

Onun sözlərinə görə, yeni şərtlər faizlərə, ilkin ödəmə məbləğinə, eyni zamanda kreditin tam məbləğinə toxunur.

Xəbər lenti

Xəbər lenti