...

"GUAM ölkələrinin gənclər forumu" beynəlxalq ictimai gənclər təşkilatlarının birinci konqresi 3 sənəd qəbul edib

Siyasət Materials 30 Noyabr 2006 18:20 (UTC +04:00)

"GUAM ölkələrinin gənclər forumu" beynəlxalq ictimai gənclər təşkilatlarının I konqresi 3 mühüm sənədin qəbulu ilə bu gün Bakıda başa çatdı. Bu barədə Trend xəbər verir.

Onların arasında Konqresin qətnaməsi, GUAM ölkələrinin dövlət başçılarına və parlamentarilərinə müraciət, eləcə də münaqişəli zonalar haqqında bəyannamə var.

Konqersin işində təşkilatın bütün 4 üzvü - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın nümayəndələri iştirak edib. Konqresdə GUAM gənclər təşkilatı forumu Nizamnaməsinin son variantı, Tədbirlər və Forumun əməkdaşlığının mexanizmlər planı hazırlanıb. İştirakçılar həmçinin Forumun sədri, müavini və baş katibini seçiblər.

Gənclər və idman naziri Azad Rəhimovun konfransda qeyd etdiyi kimi, GUAM gənclər forumu digər ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq üçün açıqdır. "GUAM məkanında münaqişəli zonalar haqqında" bəyannamədən danışan nazir qeyd edib ki, bu mövzu gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, Ukrayna yekdilliklə Forumun sədri seçilib. Forum iştirakçıları tədbirlər planını qəbul edib. Plana biznes-forumun, GUAM ölkələrinin mədəniyyət günlərinin keçirilməsi, yay düşərgələrinin və idman tədbirlərinin təşkili daxildir. Forumun ikinci konqresi 2008-ci ildə Tbilisidə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti