...

Naxçıvan rəhbərliyi Türkiyə ilə viza rejiminin ləğv edilməsiylə bağlı arzusunu bildirib

Siyasət Materials 30 Noyabr 2006 20:21 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının (NMR) rəhbərliyi Türkiyə ilə viza rejiminin ləğv edilməsiylə bağlı arzusunu bildirib. Bu arzu ilə NMR-nın Ali Şurasının sədri Vasif Talıbov Türkiyə əyaləti olan İqdırın qubernatoru Saffet Karahisarlının rəhbərliyi altında nümayəndə heyəti ilə görüşdə çıxış edib. Trend -in məlumatına görə, Talıbov muxtar respudlika sakinləri üçün sərhədlərin keçilməsində Türkiyədən fərqli olaraq İranın xüsusi, yüngülləşdirililmiş rejim həyata keçirməsi haqqında qeyd edib.

"1992-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Türkiyənin o zamankı baş naziri olan Süleyman Dəmrəl iki dövləti birləşdirərək Ümid körpüsünü açıb, hazırda isə NMR və Türkiyə arasında ticarət dövriyyəsi 40 millyon dolları üstələyib ki, bu da Naxçıvanın xarici ticarət dövriyyəsinin 40%-ni təşkil edir. Biz Türkiyyədən həm də elektrik enerjisi alırıq". Bunu V.Talıbov bildirib və əlavə edib ki, NMR Ali Şurasının qərarına müvafiq olaraq İran ilə viza rejimi bütövlükdə ləğv ediləcək. NMR AŞ sədri davam edib: "Biz istərdik ki, viza almadan qarşılıqlı səfərlər edək, bu da bizim regionlarımızın daha da yaxınlaşmasına kömək edəcək".

Karahisarlı öz növbəsində qeyd edib ki, vali vəzifəsində işləməyə yalnız 1.5 aydır ki, başlayıb, lakin o, Azərbaycandan olan qardaşlarının çətinlikləri ilə tanışdır. "Biz Şamaxıya baş çəkmək, eyni zamanda Azərbaycan rəhbərliyi ilə görüşmək niyyətindəyik. Mən şəxsən Türkiyə rəhbərliyinə NMR sakinləri üçün viza rejimini aradan qaldırmaqla bağlı müvafiq müraciət göndərəcəyəm. Ümid edirəm ki, məsələ müsbət surətdə həll olunacaq".

Qeyd edək ki, tərkibinə İqdır bələdiyyəsinin rəhbəri Nurəddinin Arasın və 3 sahibkarın daxil olduğu Türkiyə nümayəndə heyəti İqdır və Şamaxının qardaş şəhərlər elan edilməsi üzrə sazişin imzalanması məqsədilə Azərbaycandadırlar.

Xəbər lenti

Xəbər lenti