...

Azərbaycan prezidenti "Gender bərabərliyinin təmin edilməsi" haqqında Qanunun tətbiqi barədə sərəncam imzalayıb

Siyasət Materials 1 Dekabr 2006 13:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Gender bərabərliyinin təmin edilməsi" haqqında Qanunun tətbiqi barədə sərəncam imzalayıb. Bu barədə Trend məlumat verir.

Nazirlər Kabinetinə (NK) bir ay müddətində qəbul olunmuş Qanuna qanunvericilik aktlarının unifikasiyası haqqında təklifləri hazırlayıb dövlət başçısına təqdim etmək göstərişi verilib. Nazirlər Kabineti və hökumətin mövcud mərkəzi orqanları normativ-hüquqi aktların bu Qanuna unifikasiyasını təmin etməlidir. Bundan başqa, Qanunun pozulması ilə bağlı məsuliyyətin tipini müəyyənləşdirən qanunvericilik aktının layihəsi də hazırlanıb prezidentə təqdim ediləcək.

Qanunda göstərilən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti