...

Bakı şəhərinin polis əməkdaşları üçün insan hüquqlarına dair təlim keçilib

Siyasət Materials 5 Dekabr 2006 16:29 (UTC +04:00)

Dekabrın 5-də İşgəncələrə Qarşı Azərbaycan Komitəsi və Qadın Problemlərinin Tədqiqatları Mərkəzi "Polislər üşün insan hüquqları təlimi: Sərəncamlar, Qanunlar və Konvenisyalar" adlı layihə çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsinin akt zalında təlim keçirib. Trend in məlumatına görə, təlimdə Bakı şəhərinin polis əməkdaşları iştirak ediblər.

Təlimi giriş sözü ilə açan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Azərbaycan Respublikasında baş verən işgəncə faktlarından danışıb. Sonra layihənin digər mərüzəçisi İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin ekpserti Elçin Abdullayev "İşgənlərə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza novlərinə qarşı" Azərbaycan Konstitusiyasında, Azərbaycan qanunvericiliyində və beynəlxalq hüquqi-normativ sənədlərdə nəzərdə tutulmuş qadağalardan danışıb.

Tədbirin sonunda təlim iştirakçılarının sualları cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti