...

Gəncə şəhər Yol Polisi şöbəsinə yeni rəis təyin edilib

Siyasət Materials 5 Dekabr 2006 18:21 (UTC +04:00)

Gəncə şəhər Dövlət Yol Polisi şöbəsinə yeni rəis təyin edilib. Trendin Qərb Bürosunun xəbər verdiyi kimi, yeni rəis Zeynalov Adil Qədir oğludur. Adil Zeynalov bundan əvvəl Xanlar rayon Polis İdarəsi Yol Polisi Bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, sentyabr ayında Gəncə şəhər Yol Polisi şöbəsinin rəisi İkram Xəlilov vəzifə borcunu yerinə yetirərkən fiziki təyziqlərə məruz qalaraq qətlə yetirilmişdi. O vaxtdan rəis fəzifəsi boş qalırdı.

Xəbər lenti

Xəbər lenti