...

Azərbaycan və DB Bakıda mühasibat uçotu və auditi sahəsində layihəyə dair qrant razılaşması imzalayıb

Siyasət Materials 8 Dekabr 2006 15:26 (UTC +04:00)
Azərbaycan və DB Bakıda mühasibat uçotu və auditi sahəsində layihəyə dair qrant razılaşması imzalayıb

Bu gün Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankı arasında korporativ və dövlət sektorunda hesabat layihəsinin hazırlanması (CAPSAP) üçün qrant təqdim edilməsi barədə razılaşma imzalanıb. Qrant Yaponiya hökumətinin PHRD fondunun xətti ilə 895 min dollar həcmində təqdim olunub.

Qrant razılaşmasını maliyyə naziri Samir Şərifov və Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe imzalayıblar.

Layihənin özünün təsdiq edilməsi isə 2007-ci ilin birrinci yarısı üçün nəzərdə tutulur. Bunun maliyyələşdirilməsi üçün DB Beynəlxalq İnkişaf Assosiasiyasının xətti ilə 15-20 mln. dollar ayırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti