...

Deputat Elmira Axundova: Cənubi Qafqaz qadınlarının vəziyyəti Parisdə müzakirə olunacaq

Siyasət Materials 9 Dekabr 2006 12:03 (UTC +04:00)
Deputat Elmira Axundova: Cənubi Qafqaz qadınlarının vəziyyəti Parisdə müzakirə olunacaq

Dekabrın 12-də Parisdə Avropa Şurasının Gender bərabərliyi (Qadın və kişi bərabərliyi ) üzrə Alt Komitəsinin iclası keçiriləcək. Bu barədə Trend ə eküzkuliv olaraq Milli Məclisin deputatı Elmira Axundova məlumat verib. E.Axundova bildirib ki, Avropa Şurasının Gender bərabərliyi üzrə Alt Komitəsinin iclasında iştirak etmək üçün dekbrın 11-də Paris şəhərinə yola düşəcək. "Mən həmin komitədə Azərbaycanı təmsil edirəm."

E.Axundovanın sözlərinə görə, alt komitənin iclasında Ermənistandan olan deputat Ermine Naqdalyanın məruzəsinin dinləniləcəyi gözlənilir. "Ermine Naqdalyan "Avropada qadınların yoxsulluğunun səbəbləri" adlı məruzə hazırlayıb. Mən istəyirəm ki, həmin məruzəni dinləyim və əgər sənəddə bizi qane etməyən məqamlar olarsa, ona tutarlı cavablar verim."

E.Axundova vurğulayıb ki, bundan başqa iclasda rusiyalı deputat Vera Oskinanın hazırladığı məruzə müzakirə olunacaq. "Həmin məruzə Cənubi Qafqazda qadınların vəziyyətinə həsr olunub. Bu məruzənin birbaşa Azərbaycana aidiyyatı var və bizim sənədlə bağlı suallarımız ola bilir."

Deputat bildirib ki, Vera Oskina məruzə hazırlayan zaman Azərbaycan və Ermənistanda olub.

"Məndə olan məlumata görə, məruzədə qaçqın qadınların vəziyyətinə dair ayrıca bənd yoxdur. Mən bir neçə dəfə demişəm və Parisdə keçirilən iclasda yenidən bu məsələyə qayıdacağam və bildirəcəyəm ki, nə qədər ki, Ermənistanla Azərbaycan arasında münaqişə və bu münaqişənin yaratdığı problemlər həll olunmayıb, azərbaycanlı qadınların normal yaşamasından, təhsil almasından, onların hüquqlarının tam təmin olunmasından söhbət gedə bilməz. Azərbaycanlı qadınların vəziyyətinin pisləşməsinin əsas səbəbi bu münaqişədir. Amma məruzəçilər bunu görmək, hazırladıqları sənədə daxil etmək istəmirlər. Əgər bu məsələlər məruzədə əks olunmasa, mən buna etirazımı bildirəcəm."

E.Axundovanın sözlərinə görə, məruzəçilər hazırladıqları məruzələrdə Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışırlar ki, bu da yolverilməzdir.

Xəbər lenti

Xəbər lenti