2007-ci ildə daxili işlər orqanlarına işə qəbulla əlaqədar test imtahanı keçiriləcək. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Dövlət qulluğunun xüsusi növü olan Daxili İşlər Nazirliyinə (DİN) işə qəbulla bağlı komissiyaya müraciət daxil olub. DİN-ə qəbulla bağlı şəffaf prosedurlarla test imtahanı keçirəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru Ehsan Zahidov isə bildirib ki, DİN-ə işə qəbulla bağlı test imtahanını uğurla keçən şəxslər daxili işlər nazirinin təyinatı ilə DİN-ə müxtəlif vəzifələrə işə götürüləcəklər.