...

Bakıda "Azərbaycan və Gürcüstan dövlətçiliyinin möhkəmlənməsi və inkişafında Heydər Əliyevin rolu" adlı Ümumqafqaz forumu keçirildi

Siyasət Materials 11 Dekabr 2006 14:32 (UTC +04:00)
Bakıda "Azərbaycan və Gürcüstan dövlətçiliyinin möhkəmlənməsi və inkişafında Heydər Əliyevin rolu" adlı Ümumqafqaz forumu keçirildi

"Yalnız Azərbaycan deyil, həm də Gürcüstan dövlətçiliyinin bərqərar olması və inkişafına, Azərbaycan və Gürcüstan arasında münasibətlərin inkişafı və möhkəmlənməsinə dəyərli töhfə verib" - bu epitetlər dekabrın 11-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının İnsan haqları İnstitutu tərəfindən təşkil olunmuş "Azərbaycan və Gürcüstan dövlətçiliyinin möhkəmlənməsi və inkişafında Heydər Əliyevin rolu" adlı Ümumqafqaz forumunda Azərbaycanın ümummilli lideri və eks-prezidenti Heydər Əliyevin ünvanına deyilib. Bu barədə Trend xəbər verir.

Gürcüstan və Azərbaycanın görkəmli siyasətçi və alimlərinin iştirak etdiyi, Heydər Əliyevin ölümünün ildönümü ərəfəsində təşkil olunmuş forumu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov açıb və Azərbaycan dövlətçiliyinin bərqərar olması və inkişafı, onun iqtisadi inkişafında Azərbaycanın ümummilli liderinin rolunu yüksək qiymətləndirib. Onun sözlərinə görə, Heydər Əliyev bölgənin digər ölkələrinin də siyasətinə böyük təsir göstərib, gürcü xalqını öz müstəqilliklərini müdafiə etməkdə dəstəkləyib.

"Bu gün ən yeni tarixin siyasətinin patriarxı- Heydər Əliyevin xatirəsi qarşısında baş əyərək, biz onun yalnız Azərbaycan deyil, eləcə də Gürcüstan dövlətçiliyinin bərqərar olması və inkişafına verdiyi dəyərli töhfəni unutmamalıyıq", - deyə forumda İnsan haqları üzrə İnstitutun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev bildirib. Politoloq gürcü xalqının, onun elmi elitasının Heydər Əliyevin şəxsiyyəti haqqında danışarkən, Qafqaz minnətdarlıq məcəlləsinə riayət edərək, Azərbaycan xalqının lideri, gürcü dövlətçiliyinin və müstəqilliyinin qorunması, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi işində əhəmiyyətli rolu haqqında yüksək fikirlər söyləmələrinin sevindirici hal olduğunu hesab edir.

Forumun əhəmiyyətini vurğulayan R.Mustafayev onu ümumqafqaz forumu adlandırıb, çünki forum Cənubi Qafqaz nümayəndələrini, hər şeydən əvvəl siyasi qüvvələri, artıq bir neçə on illik ərzində bölgəyə gələn tayfaların məhv etməyə çalışdıqları sülh və dincliyi birləşdirib. R.Mustafayev forum iştirakçılarına birləşməyə cəhd etdiklərinə görə minnətdarlığını bildirərək, qeyd edib ki, elmin xüsusi sahəsi kimi Qafqazşünaslığın yaradılmasının vaxtı çatıb. Bu məqsədlə AMEA İnsan haqları üzrə İnstitutunun nəzdində Qafqaz müqayisəli araşdırmalar mərkəzinin yaradılması haqqında qərar qəbul olunub.

Forumda Gürcüstanın eks-prezidenti Eduard Şevardnadzenin forum iştirakçılarına müraciəti oxunub. "Heydər Əliyev yorulmaq bilməyən əməyi ilə yalnız Azərbaycan deyil, Gürcüstan dövlətçiliyinin də inkişafı və möhkəmlənməsinə dəyərli töhfə verib. 1994-cü ildə "Əsrin Müqaviləsi"nə təşəbbüs göstərib, onu imzalayaraq, görkəmli siyasətçi ölkələrimiz arasında dostluq divarının daha bir daşını qoydu və o, 10 ildən çox vaxtdan sonra Gürcüstana sərt sınaqlarla üzbəüz durmağa imkan verdi", - deyə E.Şevardnadzenin müraciətində qeyd olunub. "Yalnız Azərbaycanın deyil, həm də qardaş Gürcüstanın rifahına yönəlmiş uzaqgörən addımları ilə Heydər Əliyev elə bir siyasətin əsasını qoydu ki, onun müsbət nəticələrini Gürcüstan hər zaman hiss edib və gələcəkdə də hiss edəcək", - deyə Gürcüstanın eks-prezidenti qeyd edib.

Forumda çıxış edən Gürcüstan və Azərbaycanın tanınmış alimləri, hər iki ölkənin politoloqları bütün bölgənin dirçəlişi və çiçəklənməsində Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti