...

ATƏT sədrliyinin İspaniyaya keçməsi müəyyən mənada Azərbaycanın maraqlarına uyğun gəlir

Siyasət Materials 12 Dekabr 2006 13:30 (UTC +04:00)

ATƏT sədrliyinin İspaniyaya keçməsi müəyyən mənada Azərbaycanın maraqlarına uyğun gəlir. Trend in xəbərinə görə, bu barədə dekabrın 12-də jurnalistlərə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

N.Məmmədov qeyd edib ki, separatizm təhlükəsi digər Avropa ölkələri kimi İspaniyada da mövcuddur. "Belə fikirləşirəm ki, İspaniyada bu problemin aradan qaldırılmasına daha həsas yanaşacaqlar" - deyə N.Məmmədov bildirib.

Qeyd edək ki, 2007-ci ilin yanvar ayından ATƏT-ə sədrlik İspaniyaya ötürüləcək. 2006-cı ildə isə sədrlik Belçikada olub.

Xəbər lenti

Xəbər lenti