...

Parisdə AŞ PA-nın Monitorinq Komitəsinin iclası keçirilib

Siyasət Materials 13 Dekabr 2006 18:39 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin yanvar ayında keçirilən iclasında müzakirə olunacaq. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, iclasda ölkəmizi təmsil edən millət vəkili Aydın Abbasov məlumat verib.

Qeyd edək ki, dekabrın 13-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin iclası keçirilib.

Onun sözlərin görə, iclasda AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel çıxış edərək ölkəmizdə gedən proseslər- mətbuatın vəziyyəti, ANS Şirkətlər Qrupu ətrafında baş verən hadisələr, siyasi məhbus məsələsi, iqtisadi inkişaf, eləcə də Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti haqqında məlumat verib. "Məruzəçi Azərbaycanda gedən inkişaf haqqında məlumat verdi. Eyni zamanda Andres Herkel özünəməxsus şəkildə ölkəmizi tənqid etdi. Andres Herkeldən sonra iclasda iştirak edən AŞ PA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi Anderas Qross çıxış etdi. Qross da bütün sahələr üzrə Azərbaycanı tənqidə məruz qoydu. Mən həm indiki həmməruzəçinin, həm də keçmiş həmməruzəçinin səsləndirdiyi fikrlərə etirazımı bildirdim."

Aydın Abbasov çıxışı zamanı bildirib ki, Azərbaycanla bağlı məsələlərin Monitorinq Komitəsinin yanvar ayında AŞ PA-nın qış snssiyası çərçivəsində keçirilən iclasında müzakirə olunması daha məqsədəuyğundur. "Çünki Monitorinq Komitəsinin yanvar ayında keçirilən iclasında həm Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həm də AŞ PA-nın ölkəmiz üzrə digər həmməruzəçisi Toni Lloyid iştirak edəcəklər. Parsidə baş tutan toplantıda onların heç biri iştirak etmirdi."

A.Abbasovun təklifini Monitorinq Komitəsinin rəhbəri də müdafiə edib və müzakirələrin yanvar ayında keçirilən iclasda davam etdirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti