...

Gəncənin mərkəzi meydanında hər gün yeni il şənliyi keçiriləcək

Siyasət Materials 14 Dekabr 2006 16:52 (UTC +04:00)

Gəncənin Heydər Əliyev adına meydanında möhtəşəm bir yolka qurulub. Onun hündürlüyü 12 metrdir. Gəncə şəhər Mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikovanın Trendə verdiyi məlumata görə, uşaqların əylənməsi üçün yaxın vaxtlarda sifarişlə paytaxt Bakıdan kicik evciklər, işıqlı şarlar və yeni ilin atributlarından hesab olunan müxtəlif bəzək əşyaları gətiriləcək.

Məlikova onu da əlavə etdi ki, dekabrın 25-dən başlayaraq hər gün iki saat müddətində müxtəlif mədəniyyət kollektivlərinin iştirakı ilə meydanda, yolka ətrafında bayram şouları təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti