...

Türkmənistan XİN – Aşqabad Xəzərin sərhədləri barədə Türkmənistan və Azərbaycan arasında mübahisə üçün heç bir əsas görmür

Siyasət Materials 15 Dekabr 2006 11:39 (UTC +04:00)

Cümə axşamı Türkmənistanın Moskvadakı səfirliyindən "İnterfaks"a verilən Türkmənisan XİN məlumatında deyilir ki, Xəzər dənizində sərhəd məsələsi ilə bağlı problemin olması barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun bəyanatı ilə əlaqədar Türkmənistan vəziyyəti aydınlaşdırmaq niyyətindədir. E.Məmmədyarovun 2006-cı il dekabrın 11-də Bakıda "Xəzər dənizinin bölüşdürülməsi məsələləri ilə bağlı Azərbaycanın Türkmənistanla da problemləri var" fikrini səsləndirməsi ilə bağlı Türkmənistan XİN məlumatında deyilir ki, "Türkmənistan tərəfi hesab edir ki, "Azərbaycan tərəfi ilə Türkəmnistan və Azərbaycan prezidentləri, yaxud XİN başçıları səviyyəsində danışıqlara başlamaq lazımdır".

Məlumatda Türkmənistan xarici işlər naziri vurğulayıb: "Əvəllər SSRİ tərkibinə daxil olan dövlətlərin tarixi sərhədləri dəyişməzdir. Bu sərhədlərin dəyişilməzliyi yeni müstəqil dövlətlər arasında birliyin və əməkdaşlığın prinsiplərini müəyyən edən əsas sənədlərlə möhkəmlənib".

Sənddə qeyd olunur: "Hələ 1991-ci ildə Türkmənistan və Azərbaycanın kartoqrafiya sahəsində tanınmış ekspert və görkəmli alimlərindən ibarət qrup Xəzər dənizinin delimitasiyası ilə bağlı böyük işlər görüb. Bu işlər nəticəsində ümumi qəbul olunmuş beynəlxalq prinsip və normalar əsasında Xəzərdə Türkmənistan və Azərbaycan arasında dəqiq sərhəd aparılıb, müvafiq koordinatlar göstərilməklə kartoqrafik sənədlər hazırlanıb. Həmin materiallar, həmçinin Xəzərin dibinin bölüşdürülməsi sxemi 1992-ci ildə Azərbaycana göndərilib". Türkmənistan XİN hesab edir ki, iki ölkənin alimləri tərəfindən rəsmi şəkildə hazırlanmış yuxarıda sadalanan sənədlər olduğu halda hansısa problem və ya mübahisəli məsələ ola bilməz".

Xəbər lenti

Xəbər lenti