...

Kəmaləddin Heydərov: İlin sonunadək Rusiyadan 50 ədəd yanğınsöndürən avtomobilinin alınması nəzərdə tutulub

Siyasət Materials 15 Dekabr 2006 19:16 (UTC +04:00)

2006-cı ilin sonunadək Rusiyadan 50 ədəd yanğınsöndürən avtomobilinin alınması nəzərdə tutulub. Trend in xəbərinə görə, bu barədə dekabrın 15-də FHN Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon hissəsindəki iclasda çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

Onun sözlərinə görə, Nazirlik öz tabeliyindəki qurumların maddi texniki bazasının möhkəmləndirilməsi sahəsində bir çox dünya ölkələri ilə fəal əməkdaşlığa başlayıb. Rusiyadan 16 ədəd yükünü özüboşaldan, 20 ədəd bortlu nəqdliyyat avtomobilləri,
bir ədəd vetrolyot alınıb. 2007-ci ildə daha 3 vertolyotun alınması barədə müqavilə imzalanıb, 1 ədəd amfibiya tipli təyyarənin alınması barədə isə danışıqlar aparılır.

"Türkiyədən 12 ədəd iritutumlu avtobus almışıq. Müqavilələrə əsasən, bu ilin sonunadək Fransadan 90, Almaniyadan 86, Finlandiyadan isə 2 xüsusi yanğınsöndürən texnikasının respublikamıza gətirilməsi nəzərdə tutulub" - deyə nazir qeyd edib.

K.Heydərov onu da bildirib ki, Belarus ilə də 40-dan artıq xüsusi texnika vasitələrinin alınması barədə müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti