...

Teleradio Şurasının sədri: "Azərbaycanın Avropa Sərhədsiz Televiziya Konvensiyasına qoşulması üçün müzakirələrə başlanılıb"

Siyasət Materials 16 Dekabr 2006 13:52 (UTC +04:00)
Teleradio Şurasının sədri: "Azərbaycanın Avropa Sərhədsiz Televiziya Konvensiyasına qoşulması üçün müzakirələrə başlanılıb"

"Azərbaycanın Avropa Sərhədsiz Televiziya Konvensiyasına qoşulması üçün müzakirələrə başlanılıb". Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

O, Avropa Şurasının media bölməsinin və Türkyənin Radio-Televizyon Üstqurulu ilə birgə təşkilatçılığı ilə Ankarada keçirilmiş beynəlxalq konfransda iştirakı barədə məlumat verib. Qeyd edib ki, Avropada Sərhədsiz Televiziya Konvensiyası ilə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş beynəlxalq konfransın təşkilində məqsəd bu sənədin əsas müddəalarını bir daha müzakirə etmək, Azərbaycanın bu Konvensiyaya qoşulması üçün hazırlıq işlərinə başlamaq idi: "Bununla əlaqədar biz həm Avropa, həm Türkiyə təcrübəsindən istifadə etməyə çalışırıq. Bu zaman bizim qarşımızda hansı tələblər qoyulacaq, hansı öhdəlikləri yerinə yetirməliyik, Konvensiyaya qoşularıqsa, bunun Azərbaycanın milli qanunvericiliyi ilə ziddiyyət təşkil edib-etməməsi kimi məsələləri müzakirə etdik. Bizim mövcud qanunverilickdə göstərilib ki, beynəlxalq Konvensiyalar Azərbaycan qanunlarından üstün qüvvəyə malikdir. Konfransda bizi maraqlandıran çoxlu suallarımız oldu və cavablar aldıq. Belə razılığa gəlindi ki, belə bir toplantı növbəti dəfə 2007-ci ilin birinci yarısında Bakıda keçirilsin"-deyə N.Məhərrəmli qeyd edib.

Şura sədrinin sözlərinə görə, konfransda Avropa ölkələrindən gəlmiş qonaqlar, Avrora Şurasının media bölməsinin nümayəndəsi və digərləri çıxış ediblər. N.Məhərrəmlinin sözlərinə görə, çıxışlardan belə məlum olub ki, Avropa Sərhədsiz Televiziya Konvensiyası ilə Azərbaycanın Milli Teleradio Yayımı haqqında Qanunu arasında ciddi
fərqlər və ziddiyyətlər yoxdur. Amma buna baxmayaraq, Avropa Şurası 2007-ci ildə Bakıda tədbir keçirilməsi üçün təşkilatçılıq işlərini öz üzərinə götürüb.

Konfransda Azərbaycan nümayəndə heyətində Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov da iştirak edib.

N.Məhərrəmli Türkiyə səfərində həmçinin TRT kanalında, Anadolu Agentliyində və Baş Nazirliyin yayım və informasiya genel müdürlüyündə görüşlər keçirib. Onun sözlərinə görə, görüşdə Türkiyə kanallarının Azərbaycanda yayımı, qanuni fəaliyyət üçün lisenziya əldə edilməsi, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub: "Türkiyə tərəfi bizim yeni şərtlərimizi razılıqla qarşıladı. Azərbaycanla Türkiyə arasında informasiya mübadiləsi, təbliğat məsələləri ilə bağlı müzakirələr apardıq, bu sahədə bir-birimizə dəstək olmağı qərara aldıq. Türkiyə rəsmiləri və telekanal rəhbərlərinin bizim qərarlarımıza mövqeyi müsbət oldu və bütün xarici telekanalların yalnız peyk və kabel vasitəslə yayımlanmalı olduğunu təsdiqlədilər".

Xəbər lenti

Xəbər lenti