...

Mətbuat Şurasının sədri Ə.Amaşov: "Azərbaycan jurnalistlərinin IV qurultayı "Dənizçilərin Mədəniyyət Evi"ndə keçiriləcək"

Siyasət Materials 18 Dekabr 2006 17:35 (UTC +04:00)
Mətbuat Şurasının sədri Ə.Amaşov: "Azərbaycan jurnalistlərinin IV qurultayı "Dənizçilərin Mədəniyyət Evi"ndə keçiriləcək"

Dekabrın 23-ə təyin olunan Azərbaycan jurnalistlərinin dördüncü qurultayının keçiriləcəyi yer müəyyənləşib. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O bildirib ki, qurultay Bakıda Xaqani küçəsi 16 ünvanında yerləşən Dənizçilərin Mədəniyyət Evində keçiriləcək: "Qurultayın keçiriləcəyi yerlə bağlı bir neçə obyekt nəzərdən keçirirdik. Ən münasib yer "Dənizçilərin Mədəniyyət Evi" oldu. Bura həm yüksək səviyyədə təmir olunmuş vəziyyətdədir, həm də qurultay kimi böyük bir tədbir keçirilməsi üçün bütün əlverişli şəraiti var. Mədəniyyət Evinin təxminən 350 nəfərik böyük zalı var və toplantı orada keçiriləcək"-deyə Ə.Amaşov bildirib.

Şura sədrinin sözlərinə görə, qurultayda iştirak üçün artıq 120-ə yaxın kütləvi informasiya vasitəsi (KİV) öz nümayəndəsi təqdim edib. Qeyd edək ki, IV qurultayda gündəlik qəzetlər, informasiya agentliklərindən 2, həftəlik, aylıq nəşrlərdən 1 nəfərin iştirakı nəzərdə tutulub. Qonaqlar və bütün iştirakçılarla birlikdə ümumilikdə qurultayda 300-ə yaxın adamın iştirakı gözlənilir.

"Biz istəyirik ki, bu qurultay qızğın keçsin, jurnalistikanın bütün ciddi prlblemləri orada qaldırılsın. Çalışacağıq ki, qurultayın qərarları jurnalistikanın inkişafında müəyyən rol oynasın" - deyə Ə.Amaşov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti