...

Goranboyda narkotik alverçisi yaxalanıb

Siyasət Materials 21 Dekabr 2006 16:29 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Narkomaniya ilə Mübarizə İdarəsinin Qərb Reqional şöbəsinin əməkdaşları Goranboy rayon Polis İdarəsinin əməkdaşları ilə birgə narkotik alverçisini yaxalayıblar. Bu barədə məlumatı Trendə Daxili İşlər Nazirliyinin Narkomaniya ilə Mübarizə İdarəsinin Qərb Reqional şöbəsinin rəis müavini Rəfael İsmayılov verib.

Müsahibin bildirdiyinə görə, keçirilən əmliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Quliyev İslam Cuma oğlu 2 kiloqram marixuananı satmaq istəyərkən yaxalanıb. Əməliyyat Goranboy rayonunun Molla Vazlı kəndində aparılıb. Balakürd kənd sakini Quliyev İslam narkotik maddəni 2000 ABŞ dollarına satmaq istəyirmiş. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti