"Azərbaycanın hüquq-mühafizə orqanları Ayaz Mütəllibov, Rəsul Quliyev və Mahir Cavadovun axtarışını davam etdirir və inanıram ki, tez, ya da gec onlar saxlanılaraq Azərbaycana ekstradisiya olunacaqlar". Trend xəbər verir ki, bu barədə Azərbaycanın baş prokurorunun birinci müavini Rüstəm Usubov jurnalistlərə bildirib.
O qeyd edib: "Bizə məlumdur onlar hansı ölkələrdə gizlənir, onların saxlanması və ekstradisiyası üçün bütün tədbirlər gürülür. Bizdə olan məlumatlara görə, onlar hazırda ABŞ, Rusiya və Avstriyada gizlənirlər və biz dəfələrlə həmin ölkələrin hüquq-mühafizə orşanlarına müraciət etmişik. Ümid edirik ki, səylərimiz öz nəticəsini verəcək".
Xatırladaq ki, eks-prezident Ayaz Mütəllibov, eks-spiker Rəsul Quliyev və Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov dövlət əleyhinə bir sıra cinyətlərdə ittiham olunurlar və İnterpol tərəfindən axtarışdadırlar.