...

Gürcüstanın baş naziri Bakıda danışıqlar aparır

Siyasət Materials 25 Dekabr 2006 11:33 (UTC +04:00)

Azərbaycan Nazirlər Kabinetindən Trend ə bildiriblər ki, Gürcüstanın baş naziri Zurab Noqaidelinin Bakıya işgüzar səfəri başlayıb.

2007-ci ildə Azərbaycanın "Şah dəniz" yatağından tədarük edilən qazda Gürcüstan payı barədə məsəlnin qəti şəkildə həll edilməsi məqsədilə Gürcüstanın hökumət başçısı Azərbaycan tərəfi ilə görüşlər keçirir. Tərəflər məsələnin texniki tərəflərini müzakirə edirlər.

Gürcüstan baş naziri Nazirlər Kabnetində görüş keçirir. Baş naziri dövlət başçısı İlham Əliyevin də qəbul edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti