...

Göygölün ingilis dilində saytı istifadəyə verilib

Siyasət Materials 25 Dekabr 2006 17:45 (UTC +04:00)

Azərbaycan Texnologiya Universitetinin Elmi Tədqiqat laboratoriyası və Göygöl qoruğunun birgə təşəbbüsü ilə Göygölün ingilis dilində saytı yaradılıb. Trendin Qərb bürosunun verdiyi məlumata görə, sayta http://goy-gol.iatp.az, http://goy-gol.ifastnet.com yazaraq daxil olmaq mümkündür.

Saytın təqdimat mərasimində fəal gənclər, ziyalılar, QHT nümayəndələri və Gürcüstandan gələn qonaqlar iştirak edib. Texnologiya Universitetinin prorektoru İrşad Məmmədov Göygölün saytının hazırlanmasını böyük uğur kimi qimətləndirib. O qeyd edib ki, saytın hazırlanmasında məqsəd Göygöl haqqında tam informasiyanı toplayaraq məlumatı və fotoları dünya içtimayətinə çatdırmaqdır. Saytın ingilis dilində olması da məhz bu məlumatların dünyanın bir çox yerlərində oxuna bilməsi məqsədi daşıyır.

İ. Məmmədov bildirib ki, yaxın günlərdə saytın rus və Azərbaycan dillərində də versiyaları hazırlanacaq.

Qeyd edək ki, saytın hazırlanmasına Gəncə şəhər Kəpəz Bələdiyyəsi və Ekoloji Mərkəz dəstək verib.

Xəbər lenti

Xəbər lenti