...

Nazir: "Azərbaycan Gimnastika kompleksi dünyada ən gözəl gimnastika kompleksi olacaq"

Siyasət Materials 27 Dekabr 2006 17:55 (UTC +04:00)
Nazir: "Azərbaycan Gimnastika kompleksi dünyada ən gözəl gimnastika kompleksi olacaq"

Tikinti işləri artıq başlamış gimnastika kompleksi dünyada ən gözəl kompleks olacaq. Bu barədə Azərbaycanın gənclər və İdman naziri Azad Rəhimov ölkənin gimnasika federasiyasının milli olimpiya komitəsinin mənzil-qərargahında keçirilən hesabat-seçki konfransının gedişində söyləyib.

Trend in verdiyi xəbərə görə, nazir qeyd edib ki, kompleks özündə bədii gimnastika, akrobatika və tamblinq məşq zallarını birləşdirəcək və şəhərin incisinə çevriləcək. "Mənim fikrimcə, gözəllikdə bizim komplekslə rəqabət aparmalı ikinci bir yer tapılmayacaq"-deyə A. Rəhimov qeyd edib.

Qeyd etmək lazımdır ki, tikili "Gənclik" metrosunun yanında, Gənclər və idman nazirliyi və MOK-un yanında qurulacaq.

Xəbər lenti

Xəbər lenti