...

Təşkilatın yeni rəhbəri: "ATƏT-in təhlükəsizliyin təhlükəni aradan qaldırmasına təminat vermək kimi öhdəliyi var"

Siyasət Materials 30 Dekabr 2006 14:22 (UTC +04:00)
Təşkilatın yeni rəhbəri: "ATƏT-in təhlükəsizliyin təhlükəni aradan qaldırmasına təminat vermək kimi öhdəliyi var"

Yanvarın 1-dən ATƏT-də Belçikanı İspaniya əvəz edəcək. Belçikanın xarici işlər naziri Karl de Quxt öz səlahiyyətlərini İspaniyanın xarici işlər naziri Miqel Anxel Moratinesə verəcək. Bu barədə Trend ATƏT-in saytına istinadən məlumat verir.

Moratines ATƏT sədri vəzifəsində on bir aylıq imtiyazlarını yanvarın 11-də Vyanada daimi konsulluq yığıncağı iştirakçısı olan 56 ölkəyə tətbiq edəcək.

Əvvəllər, bu ay ATƏT-in Brüsseldəki Nazirlik konsulluğunda Moratines qeyd edib ki, ATƏT ölkələri arasında təhlükəsizlik məsələlərini müzakirə etmək üçün forum olmalıdır.

"Bizim təmin etmək öhdəliyimiz var ki, təhlükəsizlik təhlükəni aradan qaldırır və ATƏT çərçivəsində əməkdaşlıq qarşıdurmadan üstündür"-deyə Moratines söyləyib. "Bizim təşkilatımız sülh, dialoq və ümumi dəyərlərin sayını birləşdirmə alətidir"-deyə o, qeyd edib.

Nazir söyləyib ki, birlik prinsipində bazalaşmış ATƏT ümumi məqsədli müxtəlif ölkələrin görüş yeridir.

"Biz öz problemlərimizi konfrontastiya, izolyasiya, tələblər irəli sürmə metodu ilə həll etməməliyik, biz mübahisəsiz reallığı qəbul etməli və göstərməliyik ki, ümumi prinsip və dəyərləri bölüşürük və bir-birimizə konstruktiv dialoq və hər kəsin fərdiliyinə hörmət əsasında kömək etməliyik" - Moratines söyləyib.

Xəbər lenti

Xəbər lenti