...

Gəncədə yeni uşaq kitabxanası yaradılacaq

Siyasət Materials 9 Yanvar 2007 18:33 (UTC +04:00)

Gəncədə yeni uşaq kitabxanasının yaradılması planlaşdırılır. Bu barədə məlumatı Trendə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova verib.

M.Məlikovanın sözlərinə görə, yeni yaradlıması planlaşıdırlan uşaq kitabxanası şəhərin mərkəzi kitabxanasının nəzdində olacaq. "Biz bu il bu layihəni reallaşdırmaq fikrindəyik. Layihə artıq Yaponiya səfirliyinə təqdim olunub. Səfirlikdən müsbət cavab alan kimi işə başlayacağıq".

Müsahib bildirdi ki, yeni uşaq kitabxanası müasir standartlara cavab verəcək. Belə ki, burada internet şəbəkəsi və xarici ölkələrin uşaq ədəbiyyatları olacaq. M.Məlikova qeyd etdi ki, bu kitabxana regionda uşaqların müasir biliklər almalarına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti