...

Milli Məclis Aparatının əməkdaşları Böyük Britaniyaya gedəcəklər

Siyasət Materials 10 Yanvar 2007 11:53 (UTC +04:00)

Milli Məclis Aparatının bir qrup əməkdaşı yanvarın 17- 21-də Böyük Britaniyada səfərdə olacaqlar. Bu barədə Trend ə Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Rəhim Axundov məlumat verib .

R.Axundov qeyd edib ki, səfər Böyük Britaniyanın LİNKS təşkilatının təşəbbüsü ilə həyata keçiriləcək. Məqsəd Böyük Britaniyanın parlamenti ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaqdır.

"Bizim nümayəndələr bu ölkənin qanunverici orqanında qanunların necə hazırlanması, ictimaiyyətlə əlaqələrin necə qurulması, stenoqramaların hansı formada hazırlanması ilə tanış olacaqlar." - deyə Rəhim Axundov vurğulayıb.

Onun sözlərinə görə, hazırda Böyük Britaniyaya kimlərin gedəcəyi dəqiqləşdirilir: "Nümayəndə heyətinə 2-3 nəfər daxil olacaq və onlar Milli Məclis Aparatının sıravi əməkdaşlarıdır."

Xəbər lenti

Xəbər lenti