...

Naxçıvanda elektrik enerjisindən istifadədə israfçılığın qarşısını almaq üçün reyd keçirilib

Siyasət Materials 10 Yanvar 2007 12:26 (UTC +04:00)

Naxçıvan şəhərində elektrik enerjisindən istifadədə israfçılıq hallarının qarşısının alınması məqsədilə reyd keçirilib. Trend in Naxçıvan Bürosunun məlumatına görə, prosesdə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi Xidməti, Naxçıvan Şəhər Polis Şöbəsi , Naxçıvan şəhər Prokurorluğunun əməkdaşları iştirak edib.

Reyd prosesi əhalinin mavi yanacaqla təmin olunan 17,19, 20 və 21-ci məhəllələrində, həmçinin müxtəlif ərazilərdə yerləşən dükanlarda aparılıb. Bu zaman ümumilikdə 250-yə yaxın qanunsuz şəkildə istifadə olunan elektrik qızdırıcıları, standartlara uyğun olmayan vasitələr satış prosesindən uzaqlaşdırılaraq Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun müvafiq tədbirlər görülüb.

Məlumat üçün deyək ki, elektrik enerjisi israfçılığının qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər artıq 4 gündür Naxçıvan şəhərində, eləcə də paralel olaraq Naxçıvan MR-in regionlarında da həyata keçirilməkdədir.

Xəbər lenti

Xəbər lenti