...

Ramil Usubovun Türkiyəyə səfəri başa çatıb

Siyasət Materials 11 Yanvar 2007 16:05 (UTC +04:00)

Yanvarrın 11-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb. Bu barədə Trend ə Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, nazir səfər proqramı çərçivəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla, daxili işlər naziri Əbdülqadir Aksuyla, İstanbul polisinin şefi Cəlaləddin Cerrahla, İstanbul valisi Müammər Gülərlə görüşüb. Nazir həmçinin Narkotiklərə və Mütəşəkkil Cinayətkarlığa qarşı Türkiyə Beynəlxalq Akademiyasında da olub.

Nümayəndə heyəti Bursa şəhərində də vali və əmniyyət müdiri ilə görüşlər keçirib, buradakı çevik polis alayının inzibati binası və məişət şəraiti ilə tanış olub.

Səfərin məqsədi Azərbaycanla Türkiyənin müvafiq qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi, cinayətkralığa qarşı mübarizənin effektivliyinin artılırması ilə bağlı müzakirələrin aparılması olub.

Ramil Usubov axşam saatlarında Bakıya yola düşəcək.

Xəbər lenti

Xəbər lenti