...

Səfir - Azərbaycanın nəqliyyat naziri Tbilisidə dəmiyr yolu layihəsini müzakirə edəcək

Siyasət Materials 12 Yanvar 2007 10:41 (UTC +04:00)
Səfir - Azərbaycanın nəqliyyat naziri Tbilisidə dəmiyr yolu layihəsini müzakirə edəcək

Cümə axşamı eksklüziv olaraq Trend ə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev bildirib ki, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov cümə günü Tbilisidə Gürcüstan və Türkiyə nəqliyyat idarələrinin rəhbərləri ilə görüşdə iştirak edəcək.

Nazirlər Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsinin realizəsi məsələsini müzakirə etməyi planlaşdırırlar. Görüşün nəticələrinə görə tərəflər layihənin realizə edilməsi, o cümlədən Azərbaycan və Türkiyə tərəfindən layihənin realizəsi üçün Gürcüstana kredit ayrılması barədə razılaşma imzalaya bilər.

Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsinin realizəsi ilə bağlı 2006-cı il oktyabrın 13-də üçtərəfli işçi qrupun Bakıda keçirilən iclasında dəmir yolunun tikintisi üçün Gürcüstan tərəfinin sahə ayırması və Azərbaycan, Türkiyə və Gürcüstan arasında kredit razılaşması barədə məsələlər müzakirə edilib.

Layihə 422 milyon dollar dəyərində qiymətləndirilir, yaxın infrastrukturlar nəzərə alınmaqla 600 milyon dollar həcmində dəyərləndirilir.

ABŞ Administrasiyası layihənin maliyyələşdirilməsində iştirak etməyi Amerika şirkətlərinə qadağan edib.

Qars-Axalkalaki-Bakı dəmir yolunun tikintisi layihəsi üzrə üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə deklorasiyası 2005-ci ilin mayında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti