...

Yanğından Mühafizə Xidmətinin rəis müavini: Neftçilər prospekti 87-də baş verən yanğın zamanı xəsarət alan olmayıb

Siyasət Materials 12 Yanvar 2007 16:09 (UTC +04:00)
Yanğından Mühafizə Xidmətinin rəis müavini: Neftçilər prospekti 87-də baş verən yanğın zamanı xəsarət alan olmayıb

Yanvarın 12-də Bakıdakı Neftçilər prospekti, 87 saylı ünvanda yerləşən binanın 4-cü mərtəbəsində baş vermiş yanğın nəticəsində xəsarət alan olmayıb. Bu barədə Trend ə hadisə yerində olan Baş Dövlət Yanğından Mühafizə xidmətinin rəis müavini Rza Quliyev məlumat verib.

R.Quliyev bildirib ki, saat 14.40-da mərkəzi rabitə qovşağına məlumat daxil olan kimi Baş Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon bölməsinin yanğınsöndürənləri 2 nömrəli çağırışla hadisə yerinə cəlb olunub. Yanğın binanın 24-cü mənzilində baş verib. Saat 14.45-dəy yanğın məhdudlaşdırılıb, 15.00-da isə tamamilə söndürülüb. Təqribən 35 - 40 kvadratmetr sahə yanıb. Yanğının səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti