...

"Azadlıq" bloku Bakının mərkəzində bir neçə yerdə etiraz aksiyaları keçirmək niyatindədir

Siyasət Materials 12 Yanvar 2007 16:31 (UTC +04:00)

"Azadlıq" siyasi bloku yanvarın 26-da Bakının müxtəlif yerlərində etiraz aksiyaları keçirməyə qərar verib. Bu barədə Trend ə "Azalıq" blokundan məlumat verilib.

Yanvarın 12-də blokun Sədrlər Şurasının növbədənkənar toplantısı keçirilib və iclasda enerji daşıyıcıların, kommunal xidmətlərin qiymətlərinin artması məsələsi müzakirə olunub. Həmsədrlər blokun bununla bağlı planlaşdırdığı etiraz aksiyalarının vaxtını müəyyənləşdiriblər. Yanvarın 26-da şəhərin mərkəzində bir neçə yerdə aksiyalar keçirməyə qərar veriblər. Aksiyalara hazırlıqla bağlı bloka daxil olan partiyaların müvafiq strukturlarına tapşırıqlar verilib.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti