...

Azərbaycanın XİN başçısı Küveytə yola düşəcək

Siyasət Materials 15 Yanvar 2007 18:27 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Küveytə rəsmi səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.

Əvvəl Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev Trend ə bildirib ki, hazırda nazirin yanvarın 20-21-nə nəzərdə tutulmuş səfərinin proqram və gündəliyi razılaşdırılır. Ehtimal olunur ki, Azərbaycanın xarici siyasət idarəsinin başçısı yüksək səviyyədə görüşlər keçirəcək, o cümlədən baş nazir Şeyx Nəsir əl-Məhəmməd əl-Əhməd əl-Sabah, Milli yığıncağın sədri Casem Məhəmməd əl -Harafi, ölkə hökümətinin müxtəlif nazirlikləri və idarə başçıları ilə görüşlər planlaşdırılıb. Danışıqlarda başlıca mövzu bir çox sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri olacaq. tərəflər əməkdaşlığın energetika, iqtisadiyyat, mədəniyyət və humanitar kimi perspektiv sahələrini nəzərdən keçirəcəklər. Səfir bildirib ki, danışıqların yekununda Küveytin Xarici İşlər Nazirliyində Xarici İşlər Nazirilkləri arasında məsləhətləşmələr haqqında Protokolun imzalanacağı gözlənilir və əlavə edib ki, bu, Azərbaycan XİN başçısının Küveytə ilk rəsmi səfəridir.

Nazirin Küveytdən Moskvaya yola düşəcəyi ehtimal olunur. Yanvarın 23-də orada Azərbaycan və Ermənistan XİN başçılarının ATƏT Minsk qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlarının keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti