...

"Azadlıq" blokunun həmsədri: "Mitinqlə bağlı müraciətimizə müsbət cavab verilməsə, şəhərin mərkəzində bir ünvanda etiraz aksiyası keçirəcəyik"

Siyasət Materials 16 Yanvar 2007 17:39 (UTC +04:00)

"Azadlıq" siyasi partiyalar bloku yanvarın 26-da Bakının mərkəzi yerlərində keçirəcəyi etiraz aksiyaları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərəcək. Bu barədə Trend ə blokun həmsədri Əli Əliyev məlumat verib.

Qeyd edək ki, bu gün - yanvarın 16-da "Azadlıq" blokunun Sədrlər Şurasının toplantısı olub və 26 yanvar aksiyaları geniş müzakirə edilib. Qərara gəlinib ki, yanvarın 26-da keçiriləcək etiraz aksiyaları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək müraciətdə bir neçə ünvanlar göstərilsin. Burada "Azadlıq", "Füzuli", "N.Nərimanov" və digər meydanlar təklif olunacaq. Blokun həmsədrləri qərara gəliblər ki, əgər Bakı Şəhər İcra Hakimiyyəti müraciətə müsbət cavab verməsə, şəhərin mərkəzində bir ünvanda etiraz aksiyası keçiriləcək: "Biz bu dəfə öz qüvvəmiz, yəni, bloka daxil olan partiyaların funksionerlərinin iştirakı ilə bir yerdə etiraz aksiyası keçirəcəyik. Hansının ünvanın seçilməsi isə Mitinq Komitəsinə həvalə olundu. Həmçinin Mitinq Komitəsinin tərkibinin genişləndirilməsinə qərar verildi".

Qeyd edək ki, "Azadlıq" bloku Tarif Şurasının qərarı ilə Azərbaycanda bir sıra mühüm sahələrdə qiymətlərin bahalaşmasına etiraz olaraq aksiyalar keçirmək niyyətindədir.

"Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti