...

YAP Tarif Şurasının qərarını müzakirəyə çıxaracaq

Siyasət Materials 17 Yanvar 2007 18:23 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) yanvarın 18-də "Park İnn" otelində qiymət artımına həsr olunmuş konfrans keçirəcək. Bu barədə Trend ə Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Konfransda enerji daşıyıcıları, kommunal xidmətlər və sərnişin daşımalırının qəymətlərinin artırılması ilə bağlı Tarif Şurasının qəbul etdiyi son qərarın ölkə iqtisadiyyatına təsiri müzakirə olunacaq.

Qeyd edək ki, YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 13 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti