...

Azərbaycan gənclərindən ibarət bir qrup Yaponiyaya gedəcək

Siyasət Materials 19 Yanvar 2007 16:32 (UTC +04:00)

Azərbaycan gənclərini təmsil edən 10 nümayəndə yanvarın 24-dən fevralın 15-nə qədər Yaponiya-Qafqaz gənclər dostluq proqramının realizəsi çərçivəsində Yaponiyada olacaq. Bu barədə Yaponiyanın Azərbaycandakı səfirliyindən Trend ə bildiriblər.

Proqram Yaponiya hökuməti beynəlxalq əməkdaşlıq agentliyi tərəfindən maliyyələşdirilir və inkişaf etməkdə olan ölkələrin gənclərinin müasir texnologiyalarla tanış olmasına, eləcə də həmin ölkələrin gənclər nümayəndələri arasında əlaqələrin inkifaş etdirilməsinə yönəlib.

Səfər çərçivəsində Azərbaycan gəncləri Yaponiyanın ən ucqar regionlarında olacaq, həmyaşıdları ilə görüşəcək və yapon ailələrində yaşayacaqlar.

Xəbər lenti

Xəbər lenti