...

Yunanıstan-Azərbaycan parlamentlərarası əlaqələri Bakıda müzakirə olunacaq

Siyasət Materials 22 Yanvar 2007 15:22 (UTC +04:00)

Yanvarın 23-də Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycanda səfərə gələcəklər. Trend in məlumatına görə, yunanıstanlı parlamentarilərin səfəri Fəxri Xiyabanda eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq.

Sonra Milli Məclisdə Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupu arasında görüş keçiriləcək.

Yunanıstanlı deputatlar "Atəşgah"la tanış olandan sonra Mədəniyyət və Turizm Nazirliyində nazir müavini ilə görüşəcəklər.

Yanvarın 24-də səhər saatlarında Heydər Əliyev Fonduna baş çəkəndən sonra qonaqlar Bakı şəhəri ilə tanış olacaqlar.

Yunanıstanlı parlamentarilər Qan Köcürmə İnstitutuna baş çəkəndən sonra Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcəklər.

Yanvarın 25-də isə Sənqaçal Neft Terminalı ilə tanış olan qrupun səfəri yanvarın 26-da başa çatacaq.

Xatırladaq ki, Yunanıstan parlamentinin nümayəndə heyətinə Harakoponluos Maximos rəhbərlik edir. Qrupun tərkibinə Dimaras İoannis, Tsiaras Konstantinos, Ahmet İlham, Karpouzas Antonis və Vrettou Christina daxildir.

Xəbər lenti

Xəbər lenti