...

Müsavat funksioneri A.Hacılı: "Müxalifətin birgə kütləvi aksiyalar keçirməsi ilə bağlı apardığımız danışıqlar nəticə verməyib"

Siyasət Materials 22 Yanvar 2007 16:18 (UTC +04:00)

"Müxalifətin birgə kütləvi aksiyalar keçirməsi ilə bağlı apardığımız danışıqlar heç bir müsbət nəticə verməyib". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bildirib.

O, qeyd edib ki, Azərbaycanda enerjidaşıyıcıların və kommunal xidmətlərin qiymətinin artmasına etiraz olaraq kütləvi aksiyalar keçirilməsi ilə bağlı bəzi müxalifət partiyaları ilə qeyri-rəsmi anışıqlar aparıb. Lakin müzakirələrdə heç bir nəticə əldə olunmayıb. A.Hacılının sözlərinə görə, buna baxmayaraq, nəzəri cəhətdən müxalifətin birgə tədbirlər keçirməsi mümkündür: "Mən konkret olaraq "Azadlıq" blokunun nümayəndəsi Sərdar Cəlaloğlu və digər partiyalarla danışıqlar aparmışam. Bu müzakirələr indi də davam etdirilir. Müsavat Partiyası özü yanvarın 28-də "Ukrayna dairəsi"ndəki meydanda keçirəcəyi mitinqə yüksək səviyyədə hazırlıq görür. Həmçinin öz üzvlərimizə tapşırmışıq ki, yanvarın 26-da "Azadlıq" blokunun şəhərin hansı hissəsində aksiyası baş tutsa, orada iştirak etsinlər"-deyə A.Hacılı qeyd edib.

A.Hacılının sözlərinə görə, Müsavatın mitinqində təxminən 10 min nəfərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti