...

GUAM-ın növbəti sammiti Azərbaycanda keçiriləcək

Siyasət Materials 22 Yanvar 2007 16:46 (UTC +04:00)
GUAM-ın növbəti sammiti Azərbaycanda keçiriləcək

"Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" dövlət rəhbərlərinin növbəti sammiti cari ilin yayında Azərbaycanda keçiriləcək. Bu barədə Trend ə təşkilatın informasiya ofisindən bildiriblər.

Ofisdən verilən məlumata əsasən, təşkilatın nəzərdə tutulan tədbirlərinin təqvim planı təşkilata üzv-ölkələrin - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova rəhbərlərinin sammitinin yayın əvvəlində keçirilməsini nəzərdə tutur.

İclasın konkret tarixi və gündəliyi diplomatik kanallar səviyyəsində müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti