...

Baş nazirin müavini: Azərbaycan su təchizatı və kanalizasiya sisteminin bərpası üçün investisiyaların təxmini həcmini müəyyən edib

Siyasət Materials 22 Yanvar 2007 17:24 (UTC +04:00)
Baş nazirin müavini: Azərbaycan su təchizatı və kanalizasiya sisteminin bərpası üçün investisiyaların təxmini həcmini müəyyən edib

Azərbaycanın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün 800-900 mln. ABŞ dollarından çox vəsait tələb olunur. Bu barədə ölkənin baş nazir müavini Abid Şərifov Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, ölkə höküməti artıq bütün respublika üzrə təmir-bərpa işlərinin icrası üçün maliyyə mənbələrini müəyyənləşdirib.

Hazırda yalnız 7 rayon üzrə, o cümlədən ötən il Almaniyanın KFW İnkişaf Bankı ilə Gəncə və Şəkidə su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün maliyyələşdirmə üzrə sazişlər imzalanıb.

A.Şərifovun sözlərinə görə, hazırda Yaponiyanın beynəlxalq əməkdaşlıq bankı (JBIC) ilə 10 rayon, Dünya bankı ilə - 20, Asiya inkişaf bankı ilə - 10, İslam inkişaf bankı ilə - respublikanın 5 rayonu üzrə danışıqlar aparılır.

Orta hesabla hər rayona təxminən 18-20 mln. ABŞ dolları tələb olunur.

Xəbər lenti

Xəbər lenti