...

Azərbaycan prezidenti: Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunduğundan, bütün nəqliyyat arteriyaları onun yanından ötüb keçəcək

Siyasət Materials 22 Yanvar 2007 18:01 (UTC +04:00)

Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyindən, bütün nəqliyyat arteriyaları onun yanından ötüb keçəcək. Trend AzTV telekanalına istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Bakıda ölkə hökuməti üzvlərinin iştirakı ilə keçirilən müşavirədə bəyan edib.

Onun sözlərinə görə, bəzi dairələr Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun Ermənistandan keçməməsini bəhanə edərək, ona qarşı çıxdılar, lakin heç nəyə nail olmadılar.

Prezident bildirib ki, Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsi üzrə ciddi işlər görülür.

O bəyan edib ki, dəmir yolunun tikintisi ən qısa müddətdə reallaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti