...

Azərbaycan prezidenti üç ölkə səfirinin etimadnamələrini qəbul edib

Siyasət Materials 22 Yanvar 2007 20:26 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə, Cənubi Koreya və Norveçin Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib. Bu barədə Trend xəbər verir.

Türkiyə səfiri Hüseyn Avni Karslıoğlu ilə söhbətdə İlham Əliyev iki dost və qardaş ölkə arasında iqtisadi, siyasi və mədəni münasibətlərin uğurla inkişaf etdiyini, gələcəkdə yeni layihələrin həyata keçiriləcəyini bildirib.

Cənubi Koreya səfiri Lunq Van Çul və Norveç Krallığının səfiri Yonq Ramberlə görüşlərdə də Azərbaycan prezidenti ölkəmizin qarşalıqlı əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti