...

Vahid Əliyev: Azərbaycan Silahlı Qüvvələrində yüksək inkişaf Ermənistanı narahat edir

Siyasət Materials 23 Yanvar 2007 12:56 (UTC +04:00)
Vahid Əliyev: Azərbaycan Silahlı Qüvvələrində yüksək inkişaf Ermənistanı narahat edir

Azərbaycan Silahlı Qüvvələrində yüksək inkişaf Ermənistanı narahat edir. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə yanvarın 23-də Azərbaycan Respublikası prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev məlumat verib. V.Əliyev bu sözləri bu yaxınlarda Ermənistanın müdafiə naziri Serj Sarkisyanın Azərbaycanın hərbi əməliyyətlara başlayacağı təqdirdə uduzacağı ilə bağlı dediklərinə münasibət bildirərkən söyləyib.

"Bu dəqiqə Ermənistanın deməyə başqa sözü yoxdur. Ermənistan görür ki, Azərbaycandan hər cəhətcə geri qalır. Azərbaycanın Silahlı Qüvvələrinin döyüş hazırlığı, mənəvi-psixoloji hazırlığı, hərbi texniki avadanlıqlarla təchizatı Ermənistanı narahat edir. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı çox yüksək səviyyədədir və ordumuz işğal altında olan torpaqları azad etməyə qadirdir. Belə əsassız bəyanatlar da bu səbəbdən yaranır", - V.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti